Gürcüstanda peyvənd sertifikatı ləğv edildi

 12:04 15.06.2022     286

Gürcüstan hökuməti ölkəyə gələn turistlərdən peyvənd sertifikatı tələb etməyəcək.

Redaktor.az xəbər verir ki, artıq respublika ərazisinə daxil olan xarici ölkə vətəndaşlarından sərhəddə koronavirusa görə PZR testinin mənfi nəticəsi olan sertifikat və ya peyvəndin tam kursunu keçdiyini təsdiq edən sənəd təqdim etmək tələbi ləğv olunub.

Həmçinin qeyd edilir ki, əcnəbilər Gürcüstanda məcburi özünütəcrid müddətindən də azad ediliblər.

 

Vumart və Güvən reklamı Vumart Güvən