Rus oliqarxlar ölkəni tərk edir - Putin çətin durumda

 12:30 15.06.2022     148

Ukrayna müharibəsinin başlaması ilə bu il Rusiyanı 15 min zənginin tərk edəcəyi gözlənilir. 

Redaktor.az xəbər verir ki, bu barədə Londonun Henley & Partners şirkətinin immiqrasiya hesabatında qeyd edilib.

Gözlənilən immiqrasiya Rusiyanın milyonerlər klubunun təxminən 15 faizini təşkil edir ki, bu da 2019-cu ildə Rusiyanı tərk edən 5500 milyonerin sayından təxminən üç dəfə çoxdur.

Rusiya oliqarxları ölkəni tərk etmələrini Putinin müharibə elan etməsi ilə əlaqələndirirlər.

Bununla belə, dərc olunan hesabata görə, Ukrayna müharibəsindən sonra rus oliqarxlar öz marşrutlarını başqa ölkələrə çeviriblər.

Belə ki, milyonerlər əvvəl Amerika və Böyük Britaniyaya üz tuturdularsa, indi onlar  üçün bir nömrəli istiqamət Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olacaq.