Rusların Ukraynadan öldürdüyü uşaqların son STATİSTİKASI

 12:57 15.06.2022     196

Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzü nəticəsində 313 uşaq həlak olub, 492 uşaq yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

“2022-ci il iyunun 15-də səhər saatlarına olan məlumata əsasən, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 892 uşaq zərər çəkib. Rəsmi məlumatlara görə, 313 uşaq həlak olub, 579 uşaq yaralanıb. Bu rəqəmlər yekun deyil, belə ki, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə, eləcə də aktiv döyüş əməliyyatlarının aparıldığı yerlərdə bu rəqəmlərin dəqiqləşdirilməsi istiqamətində işlər davam etdirilir”, – deyə məlumatda qeyd edilib.

Uşaqlar arasında ən çox qurbanlar Donetsk vilayətində (291), Kiyev vilayətində (116), Xarkov vilayətində (169), Çerniqov vilayətində (68), Xerson vilayətində (52), Nikolayev vilayətində (48), Luqansk vilayətində (54), Zaporojye vilayətində (30), Sumı vilayətində (17), Kiyev şəhərində (16) və Jitomir vilayətində (15) qeydə alınıb.