“Son sutkada Ukraynanın daha 300 əsgərini məhv etdik” - Konaşenkov

 13:21 15.06.2022     195

Son sutka ərzində Rusiya aviasiyası Ukraynada 10-dan çox səhra artilleriya qurğusunu, o cümlədən ABŞ istehsalı olan M777 yedəkli haubitsaları məhv edib.

Modern.az-ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bugünkü brifinqdə bildirib ki, ruslar daha 300 ukraynalı həbçini öldürüb:

“Hava zərbələri nəticəsində 300-dən çox millətçi, Xarkov vilayətinin Malinovka kəndi yaxınlığında elektron döyüş məntəqəsi, 10 tank və digər zirehli döyüş texnikası, 3 “Qrad” reaktiv yaylım atəşi sistemi, 18 xüsusi texnika, 3 minaatan heyəti və 11 sahə artilleriya qurğusu, o cümlədən 4 M777 155 mm haubitsası məhv edilib”.

General əlavə edib ki, Lvov vilayətindəki böyük silah-sirsat anbarı da sıradan çıxarılıb.