Zaxarovadan Fərrux kəndi AÇIQLAMASI

 16:09 15.06.2022     396

"Sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyəti Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan Fərrux kəndi ilə heç bir əlaqəsi yoxdur".

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

"Biz mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın birinci iclasının keçirilməsini alqışlamışıq. İkinci görüşün Moskvada keçirilməsi razılaşdırılıb. Biz öz tərəfimizdən bu görüşü ən yaxın vaxtda təşkil etməyə hazırıq. Azərbaycan və Ermənistandan olan tərəfdaşlarımızdan görüşün tarixi ilə bağlı təkliflər gözləyirik", - deyə o, bildirib.

T.İSMAYIL