“Finlandiya və İsveç Türkiyənin narahatlığını aradan qaldırmağa hazırdır” - Stoltenberq

 16:52 15.06.2022     156

“Finlandiya və İsveç ən qısa zamanda NATO-ya üzv olmaq üçün Türkiyənin bəzi anti-terror narahatlıqlarını aradan qaldırmağa hazırdır, lakin bunun vaxtı məlum deyil”.

Redaktor.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.

“NATO-nun mühüm müttəfiqi olan Türkiyə terrorla mübarizə ilə bağlı narahatlığını ifadə edib. Bunlar qanuni narahatlıqlardır, bunları müzakirə etməliyik. İsveç və Finlandiyadan bu narahatlıqları aradan qaldırmaq üçün tədbirlər görməyə hazır olduqlarına dair aldığım siqnalları alqışlayıram”, - deyə o bildirib.