Ərdoğan NATO-nun Baş katibi ilə danışdı

 17:23 15.06.2022     267

NATO Baş katibi Yens Stoltenberq və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu haqda Baş katib tviter hesabından paylaşım edib.

“NATO sammiti ərəfəsində Prezident Ərdoğan ilə konstruktiv söhbətimiz oldu. Türkiyənin terrorizmlə mübarizədə qanuni təhlükəsizlik narahatlıqlarının aradan qaldırılmasının və Finlandiya ilə İsveçin NATO-ya üzvlük prosesində irəliləyişin əldə edilməsinin vacibliyini müzakirə etdik”, - Stoltenberq qeyd edib.