Rusiyada kəşfiyyatçı general intihar etdi

 17:37 15.06.2022     303

Rusiya Xarici Kəşfiyyat Xidmətinin istefada olan 90 yaşlı generalı Lev Sotskov intihar edib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə "gazeta.ru" məlumat yayıb.

Hadisə iyunun 15-də paytaxt Moskvada baş verib. Keçmiş kəşfiyyatçının ona mükafat kimi verilən tapançadan atəş açaraq özünü öldürüdüyü ehtimal olunur.

L.Sotskovun meyitini həyat yoldaşı yaşadığı mənzildə aşkarlayıb. Onun meyitinin yanında “TT” markalı tapança və qeyd aşkarlanıb.

İstefada olan general qeyddə silahın Monqolustanın xüsusi xidmətində nümayəndə olarkən hədiyyə kimi aldığını və Xalxin Qol çayı üzərindəki döyüşlərdən yadigar olduğunu yazıb.

Qeyd edək ki, L.Sotskov 1932-ci ildə Lelinqradda (Sankt-Peterburq) anadan olub. O, Moskva Beynəlxalq Münasibətlər İnstitutunu bitirdikdən sonra 40 il xüsusi xidmət orqanlarında işləyib. Bir sıra sənədli və tarixi kitabların müəlifidir. SSRİ xarici kəşfiyyatının 1930-1945-ci illərdə Böyük Britaniyadakı fəaliyyətinə həsr olunmuş "Tarantella əməliyyatı" kitabına görə 2006-cı ildə Rusiya Xarici Kəşfiyyatının mükafatını qazanıb.

L.Sotskov 2009-cu ildə “1935-1945-ci illər Polşa siyasətinin sirləri” məxfi sənədlər toplusunu hazırlayıb.