Qırmızı kart göstərdiyi üçün öldürüldü - VİDEO

63 yaşlı hakim Xose Arnoldo Amaya El Salvadorda keçirilən həvəskarlar matçında döyülərək öldürülüb.
Redaktor.az xəbər verir ki, futbolçuya qırmızı vərəqə göstərdikdən sonra oyunçuların və azarkeşlərin hücumuna məruz qalan hakim daxili qanaxma səbəbindən xəstəxanaya aparıldıqdan bir qədər sonra dünyasını dəyişib.
"Federasiya olaraq biz hakim Xose Arnoldo Amayanın başına gələnləri qınayırıq və inanırıq ki, hakimiyyət hakimin qətlinə görə məsuliyyət daşıyanları tapa biləcək" - deyə, federasiyadan bildirilib.