ABŞ-ın baş infeksionisti koronavirusa yoluxdu

 01:39 16.06.2022     181

ABŞ Prezidentinin koronavirus pandemiyası ilə mübarizə üzrə müşaviri, baş infeksionist Entoni Fauçinin verdiyi testin cavabı müsbət çıxıb.

Redaktor.az "report"a istinadən bildirir ki, bu barədə Milli Allergiya və Yoluxucu Xəstəlikləri İnstitutu məlumat yayıb.

Qeyd olunur ki, o, son günlər ABŞ Prezidenti Cozef Bayden və administrasiyanın digər yüksək vəzifəli şəxsləri ilə yaxından əlaqə saxlamayıb.

81 yaşlı Fauçidə orta dərəcədə simptomlar özünü göstərir. Hazırda o, məsafədən işləməyə davam edir.