Kanada Ukraynaya yenə hərbi yardım ayırdı

 09:06 16.06.2022     251

Kanada Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb.

Redaktor.az  "The Guardian"a istinadən xəbər verir ki, yeni paket məsafəni və dəqiqliyi qorumaq üçün dəyişdirilə bilən artilleriya lülələrini əhatə edəcək.

Kanadanın müdafiə naziri Anita Anand bildirib ki, növbəti paketin dəyəri təxminən 9 milyon Kanada dollarıdır.

“Biz Ukraynaya suverenliyin və təhlükəsizliyin qorunması üçün lazım olan hərtərəfli hərbi yardımın göstərilməsi üçün gecə-gündüz işləməyə davam edəcəyik”, - nazir deyib.

Xatırladaq ki, bu gün Brüsseldə Ukraynaya hərbi dəstək mövzusunda "Ramşteyn" formatında görüş olub.

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 1 milyard dollarlıq yeni hərbi yardım paketinin verildiyini açıqlayıb. Almaniya Ukraynanı üç Mars MLRS, Slovakiya - Mi-17 helikopterləri, Polşa və Niderland isə artilleriya ilə təmin edəcəyinə söz verib.