Rusiyanın daha 200 hərbçisi MƏHV EDİLDİ

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 32 950 (200+) canlı qüvvəsi, 1 449 tankı, 3 545 zirehli döyüş maşını, 729 artilleriya sistemi, 233 reaktiv yaylım atəşi sistemi, 97 havadan müdafiə sistemi, 213 hərbi təyyarəsi, 179 helikopteri, 591 dronu, 129 qanadlı raketi, 13 gəmi/kateri, 2494 avtomobil texnikası və yanacaq çəni və 55 xüsusi texnikası məhv edilib.
Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Baxmuts istiqamətində verib.
T.İSMAYIL
