Ukraynada iki milyon insan səfərbər ediləcək

 11:55 16.06.2022     90

Ukrayna səfərbər olunanların ümumi sayını üç milyon nəfərə çatdıra bilər.

Redaktor.az "Kommersant"a istinadən xəbər verir ki, bunu “Xalqın xidmətçisi” fraksiyasının başçısı, Rusiya Federasiyası ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya deyib.

Araxamiyanın sözlərinə görə, ölkədə artıq bir milyon ukraynalı döyüşlər üçün səfərbər edilib və daha iki milyonu səfərbər edilə bilər. 

O qeyd edib ki, Ukraynanın Donbasda işğalçılara müqavimət göstərmək və ölkəni müdafiəyə davam etmək üçün kifayət qədər canlı qüvvəsi var.

Araxamiya onu da vurğulayıb ki, Ukrayna hərbçiləri əraziləri qaytarmaq üçün əks-hücuma keçəcək.