İşğalçılar Xersonda yeni doğulmuş uşaqlara Rusiya vətəndaşlığı verəcək

 13:39 16.06.2022     363

"Rus işğalçıları təkcə torpaq və məhsullar deyil, yeni doğulmuş uşaqları da oğurlayırlar. Müvəqqəti işğal olunmuş Xersonda fevralın 24-dən sonra doğulan uşaqlara Rusiya vətəndaşlığı verilməsini istəyirlər".

Redaktor.az xəbər verir ki, bu barədə UNİAN Rusiya nəşrinə istinadla məlumat yayıb.  

“Fevralın 24-dən sonra Xerson vilayətinin ərazisində doğulan uşaqlar avtomatik olaraq Rusiya Federasiyasının vətəndaşlığını alacaqlar”, – Kirill Stremousov bildirib.

Bundan əlavə, o, deyib ki, işğalçılar pasportlarını ukraynalı yetimlərə paylayacaqlar.

Qeyd edək ki, iyunun 11-də Ukraynanın cənubunun işğal olunmuş ərazilərində Rusiya pasportlarının paylanmasına başlanılıb.

Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrel daha əvvəl bildirmişdi ki, Avropa İttifaqı Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş ərazilərində ukraynalılara verilən Rusiya pasportlarını tanımır.

Odessa hərbi administrasiyasının spikeri Sergey Bratçukun sözlərinə görə, yalnız 50-yə yaxın insan Rusiya pasportu alıb. Eyni zamanda, Xerson Vilayət Şurasının rəhbərinin müşaviri Sergey Xlan bildirib ki, işğalçılar yerli satqınlara cəmi 23 rus pasportu paylaya biliblər.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən