Britaniya Patriarx Kirilə sanksiya tətbiq etdi

 15:09 16.06.2022     308

Böyük Britaniya Moskva və bütün Rusiya Patriarxı Kirillə sanksiya tətbiq edib.

Redaktor.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya pravoslav kilsəsinin başçısı Ukraynadakı müharibəni dəstəklədiyi üçün sanksiya siyahısına daxil edilib.

Məlumata görə, Böyük Britaniya hökuməti iyunun 16-da Rusiyaya qarşı yeni sanksiya tətbiq etdiyini açıqlayıb.