Paşinyan köməkçisini baş prokuror vəzifəsinə gətirir

 18:03 16.06.2022     353

Ermənistanda hakim “Mülki müqavilə” partiyasının parlament fraksiyası baş prokuror vəzifəsinə Anna Vardapetyanın namizədliyini irəli sürüb.

Redaktor.az xəbər verir ki, bunu iyunun 16-da Ermənistan parlamentində “Mülki müqavilə” partiyasının parlament fraksiyasının rəhbəri Hayk Konjoryan bildirib.

Anna Vardapetyan hazırda baş nazir Nikol Paşinyanın köməkçisi postunu tutur.

Ermənistanda baş prokuror, o cümlədən ədliyyə orqanlarının bəzi vəzifəli şəxsləri parlament tərəfindən seçilir (modern.az).