"Bu, tamamilə mənasızdır" - Liderlərin Kiyevə səfərinə Moskvanın reaksiyası

 18:11 16.06.2022     216

“Ümid edirəm ki, üç ölkənin liderləri Ukraynaya daha çox silah vermək niyyətində deyil. Bu, tamamilə mənasızdır və ölkəyə yeni zərərlər gətirəcək. İnanıram ki, liderlər vaxtlarından vəziyyətə real baxmaq üçün istifadə edirlər”.

Redaktor.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Fransa, Almaniya və İtaliya liderlərinin Ukraynaya səfərinə münasibət bildirərkən deyib.

“Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və İtaliyanın Baş naziri Mario Draqinin Ukraynaya səfəri Rusiya tərəfindən diqqətlə izlənir. Əlbəttə, liderlər taxıl məsələsini müzakirə edəcəklər. Biz hələ də Ukraynanın bu məsələdə mövqeyinin mahiyyətini anlamırıq. 

Prezidentimiz bildirdi ki, ölkəmiz bu böhranın həllinə öz töhfəsini verməyə hazırdır. Biz Ukrayna limanlarından taxıl daşınmasını asanlaşdırmaq üçün türk tərəfdaşlarımız da daxil olmaqla, digər səyləri bilirik. Ümid edirəm ki, bu üç ölkənin liderləri Ukraynaya daha çox silah vermək niyyətində deyillər”,- Peskov bildirib.

Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin Fransa, Almaniya, İtaliya və Rumıniya liderləri Emmanuel Makron, Olaf Şolts, Mario Draqi və Klaus İoqannis ilə görüşü olub.