Britaniya Ukraynanı GÜCLƏNDİRİR

 01:39 17.06.2022     580

Böyük Britaniya Ukraynaya 20-dən çox M109 özüyeriyən artilleriya qurğusu təhvil verməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, Bunu Britaniyanın müdafiə naziri Ben Uolles NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçirilən iclasının yekunları üzrə deyib.

Onun sözlərinə görə, Belçikadan alınan 155 millimetrlik ACS təmirdən sonra Ukraynaya gətiriləcək.

Uolles həmçinin qeyd edib ki, Ukrayna tezliklə ölkənin şərqində mühüm irəliləyiş əldə edə biləcək. Nazir vurğulayıb ki, ukraynalı hərbçilərə yeni silahlardan istifadə üzrə təlim keçmək bu səylərin əsas elementi olub.

Nazir qeyd edib ki, cəbhənin bəzi bölgələrində Rusiya artilleriyasını cəmləşdirib ki, bu da Ukrayna qüvvələrini onlarla dəfə üstələyir.

Uolles əmindir ki, müttəfiqlər müharibədə qalib gəlmək üçün Ukraynaya kifayət qədər silah verirlər.

"Düşünürəm ki, ukraynalıların yaxın bir neçə həftə ərzində ölkənin şərqində əhəmiyyətli irəliləyiş əldə etmək və ya hətta Odessa kimi yerləri müdafiə etmək imkanı var və olacaq", - Uolles bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən