Zelenski liderlərin Kiyevə səfərindən danışdı

 09:16 17.06.2022     595

Ukrayna Avropanın dörd güclü dövlətinin dəstəyini bir anda hiss etdi, bu gün tarixi gündür.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

"Bu gün həqiqətən tarixi gündür - Ukrayna dörd güclü Avropa dövlətinin dəstəyini bir anda hiss etdi. Xüsusilə də bizim Avropa İttifaqına hərəkətimizə dəstəyi. İtaliya, Rumıniya, Fransa və Almaniya bizimlədir. Dörd liderin hamısı - və cənab Draqi, Yohannis, Makron və cənab Şolts Ukraynanın namizədliyini dəstəkləyirlər”, - deyə dövlət başçısı bildirib.

Zelenski vurğulayıb ki, bununla belə, bütün müvafiq prosedurlar tamamlanmalı, Aİ-yə üzv dövlətlərin hamısı buna qoşulmalıdır.

"Ancaq bugünkü görüşümüzdə böyük addım atıldı - irəliyə doğru bir addım. Liderlərdən başqa bir fundamental şeyi eşitmək mənim üçün vacib idi - onlar razılaşırlar ki, müharibənin sonu və Ukrayna üçün sülhün əldə edilməsi məhz Ukraynanın gördüyü yol olmalıdır. Onları bizim xalqımız necə görür”, - prezident deyib.

Zelenski həmçinin liderlərə Ukraynanı dəstəklədiklərinə görə təşəkkür edib