Paşinyan Mülki Aviasiya Komitəsinə yeni rəhbər təyin etdi

 10:46 17.06.2022     2434

Miqran Xaçatryan Ermənistanın Mülki Aviasiya Komitəsinin yeni rəhbəri təyin edilib.

Redaktor.az xəbər verir ki, təyinatla bağlı qərarı baş nazir Nikol Paşinyan imzalayıb.

Xaçatryan əvvəllər komitənin sədr müavini olub və faktiki olaraq keçmiş rəhbəri Tatevik Revazyanın analıq məzuniyyətində olduğu müddətdə bu sahəyə rəhbərlik edib.

Tatevik Revazyan 4 il Mülki Aviasiya Komitəsinə rəhbərlik edib və bu il iyunun 13-də istefa verib.