Rusiyanın daha 200 hərbçisi və 2 təyyarəsi MƏHV EDİLDİ

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 33 150 (200+) canlı qüvvəsi, 1 456 tankı, 3 563 zirehli döyüş maşını, 734 artilleriya sistemi, 233 reaktiv yaylım atəşi sistemi, 97 havadan müdafiə sistemi, 215 (2+) hərbi təyyarəsi, 180 helikopteri, 593 dronu, 129 qanadlı raketi, 13 gəmi/kateri, 2496 avtomobil texnikası və yanacaq çəni və 55 xüsusi texnikası məhv edilib.
Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Baxmuts istiqamətində verib.
T.İSMAYIL
