Məşhur rəqqasə saxlanıldı - Casusluqda və dövlətə xəyanətdə ittiham olunur

Məşhur rus rəqqasəsi Yekaterina Zavalişina "casusluq" və "dövlətə xəyanət" ittihamı ilə Moskvada saxlanılıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, “Katya” ləqəbi ilə məşhur olan Zavalişina Moskvadan qaçmağa hazırlaşarkən tutulub.
33 yaşlı rəqqasənin dövlət sirlərini xarici ölkə nümayəndəsinə verdiyi iddia edilib. Gənc qadının “gizli dövlət sirlərini” hansı ölkə nümayəndəsi ilə bölüşdüyü açıqlanmasa da, onun Moskvadan İsveçrəyə qaçmaq istədiyi bildirilib. Məlumata görə, Zavalişinanın günahı sübuta yetirilərsə, onu 20 ilə qədər həbs cəzası gözləyir.
Qeyd olunub ki, hadisənin Ukraynada davam edən müharibə ilə əlaqəsinin olub-olmadığı bilinməsə də, rəqqasə, avqustun ortalarında keçiriləcək məhkəmə iclasına qədər həbsdə qalacaq.
2011-ci ildə Moskva Dövlət Universitetini bitirən Zavalişinanın keçmişdə ABŞ, Avropa və Afrikaya səyahət etdiyi də öyrənilib.

