Ukrayna əsgərləri separatçılara təslim oldu

Severodonetskdəki Azot zavodunun ərazisində olan Ukrayna Silahlı Qüvvələrinin (AFU) bəzi hərbçiləri təslim olmağa başlayıb.
Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə separataçı Luqansk Xalq Respublikasının milis zabiti Andrey Maroçko məlumat verib.
“Severodonetsk şəhərindəki “Azot” müəssisəsinin ərazisində keçirilən xüsusi hərbi əməliyyat zamanı həqiqətən də bəzi ukraynalı hərbçilər düzgün qərar qəbul edərək təslim olmağa başlayıblar”, - Maroçko bildirib.
Onun sözlərinə görə, saxlanılanların şəxsiyyətləri qohumlarının təhlükəsizliyi üçün hələlik açıqlanmır.
“Hazırda müəssisənin ərazisində Ukrayna döyüşçüləri çox fəaldır. Həmçinin təslim olanların yaxınları Ukraynada təqib oluna bilər”, - deyə o, izah edib.
Daha əvvəl bildirilib ki, Severodonetsk sənaye zonasında 2,5 min Ukrayna həbrçisi var. Onların 500 nəfərinin əcnəbi olduğu deyilir.
İLTİFAT