Boris Conson yenidən KİYEVDƏ

 18:51 17.06.2022     402

Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək üçün Kiyevə gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Məlumata görə, baş nazir Donkasterdə keçiriləcək böyük sammitdə iştirak etməli idi, lakin son anda bundan imtina edib.

Xatırladaq ki, bu, Consonun Ukraynaya tammiqyaslı müharibə başlayandan bəri ikinci səfəridir.

O, apreldə Kiyevə səfər edən ilk G7 lideridir.

İLTİFAT