Rusiya zabitləri Ukraynaya qarşı döyüşməkdən imtina edir

 19:29 17.06.2022     529

“Ukraynada vuruşan rus komandirlər əsgərlərlə birlikdə silahlarını atıb qaçırlar”.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti  (SBU) tərəfindən dinlənilən rus hərbçinin telefon danışığında deyilir.

"Komandirimiz getdi.  Getdi yox, silahını atıb qaçdı. Əvvəldən deyirdi ki, döyüşmək istəmir. Onu tapmasalar bizi də geri göndərəcəklər”,- hərbçi arvadına deyib.

Məlumatda o da vurğulanır ki, işğalçılar uzun müddətdir “həmkarları” və yaxınları ilə söhbətlərində rəhbərliyin hərəkətlərindən narazı olduqlarını bildirirlər.

May ayında SBU, əsgərlərin onların həyatlarını riskə atan və geri çəkilmələrini qadağan edən rəhbərlikdən şikayətlərini dərc edib.

İLTİFAT