Qazaxıstan separatçıları tanımayacaq

 21:23 17.06.2022     259

Xalqların öz müqəddəratını təyinetmə hüququ tam reallaşarsa, o zaman dünyada 500-600 ölkə olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

Onun sözlərinə görə, Qazaxıstan hesab edir ki, müasir dünya sərhədləri sabitliyə zəmanət verir və buna görə də Kosovo, Tayvan, Cənubi Osetiya, Abxaziya və Donbassdakı “kvazidövlət” birləşmələrini tanımır.

Prezident bildirib ki, gələcəkdə də onların müstəqilliyini tanımayacaqlar.