Angela Merkel Rusiyanın Ukraynanı işğalında özünü günahkar hesab edir

 22:07 17.06.2022     292

Almaniyanın keçmiş kansleri Angela Merkel hesab edir ki, onun federal hökumətin başçısı vəzifəsindən getməsi Putinin fevralın 24-də Ukraynaya hücum qərarına təsir göstərib.

Redaktor.az xəbər verir ki, o, bu sözləri RND-yə müsahibəsində deyib.

"Ola bilsin ki, mənim istefam, Fransadakı seçkilər, NATO qoşunlarının Əfqanıstandan çıxarılması və Minsk razılaşmasının icrasının dalana dirənməsinin səbəblərindən biri ola bilər", - Merkel bildirib.

O, səlahiyyətlərinin son ilində münaqişələrin həlli istiqamətində cəhdlərinin uğursuzluğa düçar olduğunu etiraf edib.

Keçmiş kansler Ukrayna ilə Rusiya arasında düşmənçilik məsələsinin həllində yenidən vasitəçi ola biləcəyini istisna etməyib.

İLTİFAT