Putin Qazaxıstan prezidentinin adını yenə də deyə bilmədi - VİDEO

 22:19 17.06.2022     455

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin adını növbəti dəfə deyə bilməyib.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu, 2022-ci ildə artıq üçüncü hadisədir.

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı Putin həmkarının çıxışına istinad edərkən adını tələffüz edə bilməyib.

Bu açıqlamadan sonra Tokayev çaşqınlıqla Putinə baxıb.

Xatırladaq ki, yanvar ayında Putin iki dəfə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin adına çaşıb. KTMT qoşunlarının Qazaxıstandan çıxarılmasının müzakirə edildiyi müdafiə naziri Sergey Şoyqu ilə görüşdə o, onu Kasam Jemel Kemeliç Tokayev adlandırıb. Bundan əvvəl - Kemel Jomartoviç deyib.

İLTİFAT