İlon Mask onu tənqid edən işçiləri qovdu

 22:48 17.06.2022     493

"SpaceX" şirkətinin rəhbəri İlon Mask rəhbərlik etdiyi şirkətdə onu tənqid edənləri işdən çıxarıb.

Redaktor.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.

Şirkət işçiləri onun hərəkətlərini tənqid edən məktub hazırlayıb. İlon Mask məktubun hazırlanmasında iştirak edən bütün şəxsləri şirkətdən uzaqlaşdırıb.

Məktub müəllifləri "SpaceX" rəhbərinin Twitter-dəki ictimai davranışı və çoxsaylı paylaşımlarının “diqqəti yayındıran və utandıran” olduğunu qeyd ediblər.