Zelenskidən müraciət: "...bir addım qalmışıq"

 23:54 17.06.2022     734

"İndi biz Avropa İttifaqı ilə tamhüquqlu inteqrasiyanın başlanğıcına bir addım qalmışıq. Ukraynanın namizədliyi ilə bağlı Avropa Komissiyasından müsbət rəyimiz var. Və bu, dövlətimiz üçün çalışan hər kəs üçün tarixi nailiyyətdir".

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.

O əlavə edib ki, gələn həftə Avropa Şurasının qərarını gözləmək qalır.

“İnanıram ki, Ukrayna bu addımın da müsbətə doğru atılması üçün mümkün olan hər şeyi edib – Avropa Şurasının, yəni Aİ ölkələrinin liderlərinin qərarı”, - dövlət başçısı bildirib.

Zelenski əlavə edib ki, Ukrayna bu müsbətə layiqdir:

"Ukrayna dəyərləri Avropa dəyərləridir. Ukrayna institutları hətta müharibə dövründə də sabit qalır. Ukraynanın demokratik vərdişləri indi də öz gücünü itirməyib. Avropa İttifaqı ilə yaxınlaşmağımız təkcə bizim üçün müsbət deyil. Bu, bizim üçün ən böyük töhfədir".

Ukrayna Prezidenti xatırladıb ki, fevralın 24-dən sonra ölkəsi Avropanın enerji sisteminə qoşulub.

"Şəbəkələrimiz - Ukrayna və Avropa İttifaqı - genişmiqyaslı müharibəyə baxmayaraq, sinxron işləyirlər. Yəni, hətta bu faktın özü də hər şeyi bir anda göstərir: insanlarımızın peşəkarlığını, institutlarımızın gücünü, vədləri yerinə yetirmək və Ukraynanın potensialının böyüklüyünü bir anda göstərir., - deyə Zelenski vurğulayıb.

O, deyib ki, Ukraynanın Avropaya inteqrasiyası sırf siyasi və “adi insanların həyatından kəsilən bir şey deyil”.

“Əksinə, biz digər Avropa ölkələri ilə nə qədər yaxın olsaq, bütün ukraynalılar üçün müasir, firavan həyata təminat vermək üçün bir o qədər çox imkanlarımız olacaq”, - dövlət başçısı bildirib.

T.İSMAYIL