Conson Zelenski ilə Kiyevdə məhv edilmiş Rusiya texnikalarına baxdı - FOTO - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyevi gəziblər.
Redaktor.az "RBC-Ukraina"ya istinadla xəbər verir ki, liderlər paytaxtdakı Müqəddəs Mixael monastırını ziyarət ediblər.
Bundan əlavə, Zelenski və Conson Ukraynanın həlak olan qəhrəmanlarının xatirəsini yad ediblər.
Liderlər Rusiya ordusunun məhv edilmiş hərbi texnikasının sərgisinə də baxıblar.
T.İSMAYIL








