Bu ölkədə on minlərlə mal-qara tələf oldu - VİDEO

ABŞ-ın cənubunda mal-qara kütləvi şəkildə qırılıb.
Redaktor.az xəbər verir ki, sosial şəbəkələrdə bununa bağlı görüntülər paylaşılır.
Bildirilir ki, tələfat eyni vaxtda bir neçə ştatda qeydə alınıb. Ölən heyvanların sayı on minlərlə hesablanır.
Mal-qaranın tələf olma səbəbləri hələlik rəsmi şəkildə müəyyən edilməyib.
İlkin ehtimallara görə, ev heyvanları anomal yüksək hava temperaturu və yüksək rütubətdən tələf olurlar.