"Amerikalılar indi Ukraynaya getməməlidir" - Baydendən çağırış

 09:36 18.06.2022     321

"Mənə məlumat verildi. Onların harada olduqlarını bilmirik, amma bir daha demək istəyirəm: amerikalılar indi Ukraynaya getməməlidir. Bir daha deyirəm: amerikalılar indi Ukraynaya getməməlidir".

Redaktor.az CNN-ə istinadla xəbər verir ki, bunları ABŞ Prezidenti Co Bayden Ukraynada Amerikanın 3 vətəndaşının itkin düşməsi barədə xəbərlərə münasibət bildirərkən deyib.

O, Rusiya Federasiyasına qarşı müharibədə Ukrayna Silahlı Qüvvələrinin tərəfində vuruşan üç ABŞ əsgərinin itkin düşdüyünü təsdiqləyib.

Bayden bildirib ki, ona itkin düşən Amerika vətəndaşları barədə məlumat verilib.

Xatırladaq ki, Xarkov vilayətində gedən döyüşlər zamanı Ukrayna tərəfində vuruşan iki amerikalı itkin düşüb. Onların Rusiya hərbçiləri tərəfindən əsir götürüldüyü ehtimal edilir.

Daha sonra Dövlət Departamenti müharibədə itkin düşən üçüncü amerikalı haqqında məlumat verib.