Ukrayna Xarkov istiqamətində Rusiyanın müdafiəsini yarmağa çalışır - Baş Qərargah

“Ukrayna Silahlı Qüvvələri (SQ) Xarkov istiqamətində Rusiya Silahlı Qüvvələrinin müdafiəsini yarmağa çalışır”.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində məlumat verilib.
“Dəmir yol keçidləri ilə təchizat marşrutlarını bərpa etmək üçün düşmən əlavə dəmir yolu xətləri çəkməyi planlaşdırır. Rusiya hərbçiləri Kazaçya Lopan, Petrovka, Koroboçkino və Prişib yaşayış məntəqələri ərazilərində mülki infrastrukturu atəşə tutub”, - açıqlamada bildirilib.
Baş Qərargahı qeyd edib ki, Rusiya öz qoşunlarını Slavyansk istiqamətində hücumun aparılmasına cəmləşdirməkdə davam edir:
“Rusiya ordusu Dubrovno, Dolina, Krasnopolye, Qruşuvax, Adamovka yaşayış məntəqələri ərazilərini sistemli atəşə tutub. Onlar Krasnopolye qəsəbəsi ərazisində hücum əməliyyatlarını bərpa etməyə çalışıb, döyüşlər davam edir”.
Məlumatda Severodonetsk uğrunda da döyüşlərin davam etdiyi də vurğulanıb.
“Taktiki vəziyyəti yaxşılaşdırmaq üçün düşmən bölmələri şəhərdən kənarda hücum əməliyyatları keçirməyə çalışsalar da, buna nail ola bilməyiblər”, - deyə Baş Qərargah bildirib.
T.İSMAYIL