Rusiyanın son sutkada verdiyi İTKİLƏR - SİYAHI

 10:47 18.06.2022     1088

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 33 350 (200+) canlı qüvvəsi, 1 465 tankı, 3 573 zirehli döyüş maşını, 739 artilleriya sistemi, 233 reaktiv yaylım atəşi sistemi, 98 havadan müdafiə sistemi, 216 hərbi təyyarəsi, 180 helikopteri, 594 dronu, 129 qanadlı raketi, 14 gəmi/kateri, 2513 avtomobil texnikası və yanacaq çəni və 55 xüsusi texnikası məhv edilib.

Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Baxmuts, Sloviansk və Krivoriz istiqamətində verib.

T.İSMAYIL

2