İranda SEPAH-ın daha bir zabiti öldürüldü

 10:58 18.06.2022     770

İranın Marağa şəhərində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin zabiti Vahab Fəramərzian güllələnib.

Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

SEPAH bu barədə hələlik heç bir açıqlama verməyib.

Ölüm kağızında qeyd olunub ki, o, iyunun 16-da Marağa şəhərinin yaxınlığındakı bir kənddə dəfn olunub.

Qeyd edilir ki, bir müddət əvvəl İranın Xomeyn və Semnan şəhərlərində sözügedən qüvvələrin daha iki zabiti öldürülüb.

İLTİFAT