“Qazprom” qaz nəqlini 1 həftəlik DAYANDIRIR

 15:47 18.06.2022     222

“Türk axını” qaz kəmərinin planlaşdırılan illik texniki xidməti iyunun 21-dən 28-dək aparılacaq. Profilaktik işlərlə əlaqədar bir həftə ərzində iki xətti üzrə qaz nəqli dayandırılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə İnterfaks xəbər agentliyi “Qazprom”a istinadla məlumat yayıb.

Xatırladaq ki, bundan əvvəl texniki işlərin aparılacağı vaxtla əlaqədar Türkiyənin “Botaş” və Bolqarıstanın “Bulqartransqaz” şirkətləri də məlumat vermişdilər.

Qeyd edək ki, “Türk axını” vasitəsilə Rusiyadan Türkiyəyə Qara dənizdən keçməklə qaz ixrac olunur. Layihənın ötürücülük gücü ildə 31,5 milyard kubmetr təşkil edir. Boru xətti Türkiyəyə qaz tədarükü və Cənub-Şərqi Avropa ölkələrinə tranzit üçün nəzərdə tutulub.