Qaribaşvili Paşinyanla regiondakı mövcud problemlərin həllini müzakirə etdi

 17:45 18.06.2022     438

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili İrəvana bir günlük işgüzar səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər Gürcüstan və Ermənistan arasında mövcud siyasi və iqtisadi əlaqələri müzakirə ediblər.

Görüş zamanı iki ölkə arasında ticari-iqtisadi, nəqliyyat, logistika və mədəniyyət sahələrində səmərəli əməkdaşlığın mövcud olduğu vurğulanıb.

Qeyd olunub ki, söhbət zamanı tərəflər regiondakı vəziyyətə və mövcud problemlərin həlli üçün birgə səylərin vacibliyinə diqqət çəkiblər.