Zelenski Kiyevi tərk etdi

 19:34 18.06.2022     649

Ukrayna Prezidenti Volodimir Zelenski Nikolayev şəhərinə səfər edib.

Redaktor.az xəbər verir ki, o, səfər zamanı Nikolayev vilayətinin hərbi administrasiyasının rəhbəri Vitali Kim ilə görüşüb.

Görüş zamanı regiondakı durum, iqtisadiyyat, su təchizatının bərpası və kənd təsərrüfatının vəziyyəti müzakirə edilib.

Qeyd edək ki, Nikolaev vilayəti Ukraynanın cənubunda, Xerson və Odessa vilayətləri arasında yerləşir. Qara dənizə çıxışı var.