İngiltərədə on minlərlə insan qiymət artımına qarşı meydanlara axışdı

İngiltərədə qiymət artımına qarşı nümayişlər keçirilib.
Redaktor.az "Associated Press“ə istinadən xəbər verir ki, nümayişlər ən çox Londonda baş verib.
Qeyd olunub ki, inflyasiya son 9 faizə çatıb kiŞ, bu da son 40 ildə ən yüksək göstəricidir.
Həmkarlar İttifaqları İttifaqının (HİK) təşkil etdiyi nümayiş “Portlend Pleys”də başlayıb. Daha sonra minlərlə nümayişçi təxminən 3 kilometr yol qət edərək Parlament Meydanına çatıb.
Onlar “maaşları artırın, ödənişləri azaldın” tələblərini irəli sürür.