Türkiyə, İsveç və Finlandiya rəsmiləri görüşəcək

 21:08 18.06.2022     453

İsveç, Finlandiya və NATO nümayəndələri iyunun 19-da Brüsseldə Stokholm və Helsinkinin alyansa qoşulması ilə bağlı danışıqlar aparacaqlar.

Redaktor.az xəbər verir ki, görüş barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın məlumat verib.

Kalın bildirib ki, xarici işlər nazirinin müavini Sedat Önal ilə birlikdə Brüsselə gedəcək, orada NATO qərargahının rəhbəri, həmçinin İsveç və Finlandiyadan olan həmkarları ilə görüşəcəklər.

Kalının sözlərinə görə, daha əvvəl Prezident Rəcəb Tayyib Ərdoğanla NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon söhbəti zamanı danışıqlarla bağlı razılıq əldə olunub.