ABŞ Ukraynaya verdiyi silahları açıqladı - SİYAHI

 21:50 18.06.2022     186

Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya verilən silah və digər hərbi texnikanın siyahısını dərc edib.

Redaktor.az xəbər verir ki, bu barədə Pentaqonun saytında dərc edilən məlumatda deyilir.

Qeyd olunur ki, prezident Co Baydenin səlahiyyət müddəti başlayandan ABŞ Ukraynaya təxminən 6,3 milyard dollar hərbi yardım ayırıb. Eyni zamanda bu Rusiya-Ukrayna müharibəsi başlayandan sonra 5,6 milyard dollar olub.

Beləliklə, ABŞ Ukraynaya aşağıdakı hərbi texnika və silahları təhvil verib:

1400-dən çox portativ zenit-raket kompleksi (PZRK) "Stinger";

6500-dən çox "Javelin" tank əleyhinə raket sistemi (ATGM);

20000-dən çox digər tank əleyhinə sistemlər;

700-dən çox "Switchblade" taktiki dronları

126 155 mm M777 haubitsaları;

155 mm kalibrli 260.000 mərmi;

155 mm-lik haubitsaları yedəkləmək üçün 108 taktiki maşın;

Avadanlıqların bərpası üçün 19 taktiki maşın;

Çoxlu buraxlışa malik raket sistemləri və onların döyüş sursatları;

20 “Mi-17” helikopteri;

200 “M113” zirehli personal daşıyıcısı;

Bundan əlavə, Birləşmiş Ştatlar Ukraynaya 7000-dən çox atıcı silah, 50 milyondan çox atıcı silah sursatı, minalar, partlayıcı maddələr, gecəgörmə cuhazları, 75 min dəst zirehli gödəkçə və dəbilqə verib.