Türkiyə ordusundan PKK-ya zərbə

 08:17 19.06.2022     327

Türkiyə ordusu İraqın şimalında PKK-nın 9 silahlısını zərərsizləşdirib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Türkiyə Silahlı Qüvvələri "Pençe-Kilit" əməliyyatını uğurla davam etdirir", - nazirlikdən bildirilib.

Aprelin 18-dən etibarən İraqın üç sərhəd bölgəsində "Pençe-Kilit" antiterror əməliyyatı həyata keçirilir.