Slovakiya Çexiyadan ölkənin səmasını qorumağı xahiş etdi

Slovakiyanın müdafiə naziri Yaroslav Nagy ölkənin hava məkanının qorunması ilə bağlı Çexiyaya müraciət edib.
Redaaktor.az xəbər verir ki, bu barədə CTK xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Slovakiyanın hava məkanının mühafizəsi üçün Polşa ilə ekspertlər səviyyəsində danışıqlar aparılır. İndi eyni danışıqlar Slovakiya ilə Çexiya arasında da başlayacaq.
Fevralın 24-dən sonra Slovakiya MiQ-29 qırıcılarının Hərbi Hava Qüvvələrindən vaxtından əvvəl çıxarılması prosesinə başlayıb. Bratislava onları Ukraynaya keçirmək imkanını nəzərdən keçirir.
Slovakiya 4 il əvvəl ABŞ-dan 14 ədəd F-16 qırıcısı sifariş edib. Tədarüklər gecikdiyi səbəbindən Çexiya və Polşaya Slovakiyanın hava məkanının bu ölkələrin hərbi-hava qüvvələrinin qırıcıları tərəfindən müvəqqəti mühafizəsi üçün müraciət olunub.
Polşanın müdafiə naziri Mariuş Blaşçak aprel ayında bildirib ki, o, Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların müvəqqəti olaraq Slovakiyada yerləşdirilməsi variantını istisna etmir.