Bu ölkədə miqrantları işarələyəcəklər

 10:19 19.06.2022     142

Böyük Britaniyada sığınacaq istəyən qeyri-qanuni miqrantların bir hissəsi hərəkətlərinin izlənməsi məqsədilə elektron nişanlarla işarələnəcəklər.

Redaktor.az xəbər verir ki, müvafiq proqrama ölkə hökuməti start verib. Layihənin 12 ay davam etdiriləcəyi bildirilib.

Qeyd edilib ki, Böyük Britaniyanın baş naziri Boris Conson da oxşar layihənin tərəfdarı olub. O, kiçik qayıqlarla təhlükəli marşrutlardan ölkəyə gələn insanların sadəcə olaraq “yoxa çıxmasının” mümkünsüzlüyünü vurğulayıb (modern.az).