ABŞ Ukraynaya yeni raket sistemi göndərir

Pentaqon Ukraynaya dörd əlavə raket sistemi (MLRS) göndərməyi düşünür.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ hərbi departamentindəki mənbələrə istinadən “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ Müdafiə Nazirliyi növbəti hərbi yardım tranşı kimi Ukraynaya daha dörd reaktiv yaylım atəşi sistemi göndərmək istəyir, lakin nəşrin həmsöhbətlərindən biri bu məsələnin hələ də həll olunmamasına aydınlıq gətirib. Adı açıqlanmayan digər bir məmur növbəti yardım paketində əlavə MLRS-nin verilə biləcəyini deyib.
Qeyd olunub ki, ABŞ artıq Ukraynaya 80 kilometr məsafədəki hədəfləri vura bilən dörd HIMARS mobil buraxılış qurğusu və dəqiq idarə olunan sursat göndərir.