Kraliça II Elizabetdən 70 ildən sonra bir ilk

Böyük Britaniya kraliçası II Elizabet 70 ildən sonra ilk dəfə ənənəvi “Royal Ascot” at yarışlarında iştirak etməyib.
Redaktor.az xəbər verir ki, yarışların daimi qonağı olan kraliça səhhətindəki problemlərə görə yarışları buraxmalı olub.
Qeyd edək ki, “Royal Ascot” yarışları 1711-ci ildən bəri Berkşirdəki cıdır meydanında keçirilir və Böyük Britaniyada əsas sosial tədbirlərdən biri hesab olunur.