İsraildə koronavirusun yeddinci dalğası rəsmən elan olundu

 17:45 19.06.2022     265

İsrailin Səhiyyə Nazirliyi ölkədə koronavirusunun yeddinci dalğasının başladığını elan edib.

Redaktor.az “İnterfaks”a istinadən xəbər verir ki,bu məqsədlə yerli xəstəxanalarda koronavirus şöbələri yenidən açılır.

Həmçinin, ölkədə karantin tədbirlərinin gücləndirilməsi istisna edilmir.

Səhiyyə Nazirliyinin məlumatlarına görə, hazırda 47 min nəfərə yaxın insan virusa yoluxub ki, onlardan 572 nəfər xəstəxanalara yerləşdirilib, qalanları isə ev şəraitində müalicə olunur.

Ümumilikdə, dünyada pandemiya başlayandan bəri İsraildə 4,2 milyondan çox yoluxma halı aşkarlanıb və onlardan 10,8 min nəfəri dünyasını dəyişib.