Ukrayna bir sıra sazişlərdən çıxacaq

Ukrayna Rusiya ilə elmi-texniki əməkdaşlıq haqqında sazişdən çıxır. Ali Radanın deputatları Ukraynanın bir sıra MDB sazişlərindən çıxmasını təsdiqləyib.
Redaktor.az xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk bildirib.
Onun sözlərinə görə, “Mobil rabitə sistemlərinin inkişafı və istifadəsi sahəsində əməkdaşlıq haqqında” MDB sazişindən, “Bioloji məhsulların və heyvan aləminin digər vasitələrinin dövlətlərarası ehtiyatının yaradılması haqqında” sazişdən, eyni zamanda “MDB-yə üzv dövlətlərdə müdafiə, MDB-yə üzv dövlətlərdə kiçik sahibkarlığın dəstəklənməsi və inkişafı haqqında” Sazişdən çıxmaq barədə qanun layihələri parlamentin gündəliyinə çıxarılıb.
Parlamentarilər, həmçinin “Hökumətlərarası kuryer rabitəsi haqqında Sazişdə dəyişiklik edilməsinə dair protokoldan çıxmaq haqqında” qanun layihəsini təsdiqləyiblər.