Almaniya Avropa İttifaqına üzvlüyü sadələşdirməyi təklif edir

 20:24 19.06.2022     472

Almaniya kansleri Olaf Şolts yeni ölkələrin Avropa İttifaqıba (Aİ) üzvlüyünü sadələşdirməyi təklif edir.

Redaktor.az xəbər verir ki, bu barədə o, DPA-ya müsahibəsində bildirib.

Hazırda yeni ölkələrin Aİ-yə üzv olması üçün 27 üzvün hamısı namizədin qəbul edilməsinə səs verməlidir.

Şolts hesab edir ki, yaxın gələcəkdə hər şeyə yekdilliklə qərar vermək qeyri-mümkün olacaq.

O, öz təkliflərini 23-24 iyun tarixlərində keçiriləcək Aİ sammitində təqdim etmək istəyir (modern.az).